Menyu

SEPAH ABŞ-nin 200-dən çox hərbçisinin həlak olduğunu iddia edib

Operativ Media
SEPAH ABŞ-nin 200-dən çox hərbçisinin həlak olduğunu iddia edib
1 dəq oxu

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi ABŞ ilə hərbi əməliyyatların bərpa olunmasından sonra 15 gün ərzində 200-dən çox amerikalı hərbçinin öldüyünü bildirib.

​Operativ Media xəbər verir ki, SEPAH rəsmisi bu barədə "Tasnim" agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Vaşinqtonun itkilərlə bağlı təqdim etdiyi statistik göstəricilər tamamilə yalandır.

​Hüseyn Mohebi qeyd edib ki, ABŞ-yə aid obyektlərə təşkil olunan hücumlar zamanı qoşunların yerləşdiyi 8 mərkəz vurulub. O, həlak olan amerikalıların sayının 200-ü keçdiyini, yaralananların sayının isə bundan dəfələrlə çox olduğunu iddia edib.

Əlaqəli Xəbərlər