Menyu

Antalyada avtomobil dərəyə aşıb

Operativ Media
Antalyada avtomobil dərəyə aşıb
1 dəq oxu

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb.

Operativ Media bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, idarəetmədən çıxan minik avtomobili dərəyə aşıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasetmə qrupu cəlb olunub.

Qeyd olunur ki, avtomobildə olan yeddi nəfərdən beş hadisə yerində keçinib, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər