Menyu

İrəvanda aviareyslərdə gecikmə yaşanıb

Əsəd Abbaslı
İrəvanda aviareyslərdə gecikmə yaşanıb
1 dəq oxu

Ermənistanın Zvartnots Beynəlxalq Hava Limanında Tehran–İrəvan aviareysi ləğv olunub, daha doqquz reysin icrasında gecikmə qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə hava limanının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiyanın Nijni Novqorod, Kazan, Yekaterinburq şəhərlərindən, eləcə də Moskvadan həyata keçirilməsi planlaşdırılan üç reys gecikəcək.

Bundan başqa, Təl-Əviv, Tivat və Şarm əl-Şeyxdən İrəvana nəzərdə tutulan uçuşlarda da gecikmələr yaşanacağı bildirilib.

Reyslərin gecikməsinin səbəbi açıqlanmayıb.

Əlaqəli Xəbərlər