Menyu

Vnukovo hava limanında onlarla reysin hərəkət cədvəli pozulub

Operativ Media
Vnukovo hava limanında onlarla reysin hərəkət cədvəli pozulub
1 dəq oxu

Moskvanın Vnukovo hava limanında baqaj lentlərində yaranan nasazlıq səbəbindən 30-dan çox reys gecikib və ya ləğv edilib.

Operativ Media xəbər verir ki,  nasazlıq bu gün səhər saatlarından başlayıb və hava limanının fəaliyyətində ciddi problemlər yaradıb.

Məlumata görə, bəzi sərnişinlər saatlarla təyyarələrdə gözləməli olub, digərləri isə gecikmələr səbəbindən tranzit reyslərinə çata bilməyiblər.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır.

Əlaqəli Xəbərlər