Menyu

Konqoda Ebola virusuna yoluxma sayı artıb

Operativ Media
Konqoda Ebola virusuna yoluxma sayı artıb
1 dəq oxu

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 3 mini ötüb. 

Operativ Media xəbər verir ki, bu barədə Sky News Konqo Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verib.

Son məlumata görə, ölkədə 3 075 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. 

Virus indiyədək 1 354 nəfərin həyatına son qoyub, 766 xəstə isə hələ də təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır.

Yoluxmaların təxminən 90 faizi İturi əyalətinin payına düşür.

Qeyd olunur ki, Bunia şəhərində yerləşən Elikya Ebola Müalicə Mərkəzinin həkimləri, tibb bacıları və digər əməkdaşları iki aydır ödənilməyən əməkhaqqı əlavələrinə etiraz olaraq tətilə çıxıblar. 

Əlaqəli Xəbərlər