22 Oktyabr 2022, 08:53
ABŞ hərbçilərini Ukraynaya göndərəcək
ABŞ hərbçilərini Ukraynaya göndərəcək şəkil
ABŞ hərbçilərini Ukraynaya göndərəcək

ABŞ hərbçilərini Ukraynaya göndərməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bu barədə “Bağıran Qartallar” hava-desant diviziyasının komandiri “CBS News”a açıqlamasında bildirib.

O bildirib ki, NATO ölkəsinə hücum ediləcəyi təqdirdə hərbçilər Ukraynaya gedə bilər.

Hazırda diviziya 4700 hərbçi heyəti ilə Rumıniya ərazisindədir.

Rusiya ilə Şimali Atlantika Alyansı arasında münasibətlərin pisləşməsi fonunda 80 ildə ilk dəfə olaraq bu birləşmə Avropaya yerləşdirilib.

Eyni zamanda, Amerika rəsmiləri Rusiya və Ukrayna arasındakı münaqişədə birbaşa iştirak etmək üçün öz qoşunlarını göndərmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər.

ABŞ prezidenti Co Bayden də aprel ayında eyni bəyanataı səsləndirmişdi. Onun sözlərinə görə, Vaşinqton Ukrayna ərazisinə bir dənə də olsun amerikalı əsgər göndərməyəcək.

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı