Xamenei: Yaxın Şərqdə müqavimətdən başqa yol qalmayıb
Operativ Media
İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hücumları fonunda Yaxın Şərqdə yaşayan xalqların müqavimət göstərməkdən başqa çıxış yolunun qalmadığını bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə onun Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatına ünvanladığı məktubda qeyd olunub.
Xamenei məktubunda "Hizbullah"ın İsrail və onun müttəfiqlərinin hücumları qarşısında möhkəm mövqe nümayiş etdirdiyini bildirib.
O, hərəkatın dəstəklənməsinin İranın strateji siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Məktubda həmçinin Livanın ərazi bütövlüyünün qorunması və İsrailin hərbi əməliyyatlarının dayandırılmasının ABŞ ilə əldə olunacaq mümkün razılaşmanın əsas şərtlərindən biri olduğu qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net