Menyu

İran Ukraynanın Xəzərdəki hücumuna görə sərt bəyanat verdi

Operativ Media
İran Ukraynanın Xəzərdəki hücumuna görə sərt bəyanat verdi
1 dəq oxu

İran parlamentinin Milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi Kiyevin Xəzər dənizindəki ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə parlament komitəsinin sədri "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

​O, Tehranın ölkəyə qarşı edilən istənilən hücuma cavab verdiyini xatırladaraq, ABŞ və İsrailin bunu yaxşı bildiyini, Ukraynanın da tezliklə oxşar nəticə ilə qarşılaşacağını qeyd edib.

​İyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizindəki ticarət gəmisinə zərbə endirdiyini və bu hadisə nəticəsində bir heyət üzvünün həlak olduğunu bəyan edib.

​İranın xarici işlər naziri Abbas İraqçı isə bildirib ki, Kiyev bu hücumu İsrailin təlimatı ilə həyata keçirib və əsas məqsəd Avropanı Yaxın Şərqdəki münaqişəyə sürükləməkdir.

Əlaqəli Xəbərlər