Menyu

ABŞ-da süni intellekt şirkətlərinin lobbiçilik xərcləri rekord həddə çatıb

Operativ Media
ABŞ-da süni intellekt şirkətlərinin lobbiçilik xərcləri rekord həddə çatıb
1 dəq oxu

Süni intellekt (Sİ) şirkətləri tənzimləmələri yumşaltmaq və ABŞ-da Sİ qaydalarına təsir etmək üçün Vaşinqtonda lobbiçiliyə rekord məbləğdə vəsait xərcləyirlər.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

"OpenAI" ötən illə müqayisədə federal lobbiçilik xərclərini təxminən iki dəfə artıraraq 2026-cı ilin ilk yarısında 2,22 milyon dollara çatdırıb. "Anthropic" isə bu xərcləri təxminən üç dəfə artıraraq 3,53 milyon dollara yüksəldib. Lobbiçilik fəaliyyətinin əsas istiqamətləri sırasında yeni süni intellekt modellərinin istifadəyə verilməsi ilə bağlı federal tənzimləmə qaydaları yer alır.

Əlaqəli Xəbərlər