http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Süd vəzi xərçəngi nədir, hansı hallarda yaranır?

10 Aprel 2023 , 12:20
Süd vəzi xərçəngi nədir, hansı hallarda yaranır?

Xəbərlər və yeniliklər ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva süd vəzi xərçəngi ilə bağlı müsahibə verib.

"Operativ Media" Səhiyyə Nazirliyinin yaydığı müsahibəni təqdim edir: 

- Həqiqət xanım, ilk öncə bilmək istərdik ki, süd vəzi xərçəngi hansı hallarda yaranır?

- Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər.

- Süd vəzisinin xoşxassəli şişləri hansı halda bədxassəli şişə çevrilir?

- Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Süd vəzində yaranmış hər hansı bir xosxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur. Bəzən isə xosxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər.
Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xosxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar vardır.

- Süd vəzi xərçəngi aşkarlanmanın pik yaş həddi neçədir?

- Təəssüf ki, son illərdə bütün dünyada süd vəzi xərçənginin “cavanlaşması” müşahidə edilir. 20-30 yaşlarda olan qadınlarda daha çox süd vəzində xoş xassəli şişlər rast gəlir. Bu yaşdan yuxarı qadınlarda süd vəzində bədxassəli şişləri daha tez-tez rastlanır. 50-70 yaş isə süd vəzi xərçəngi üçün pik yaş hesab edilir. Bu yaşdan yuxarı qadınlarda artıq süd vəzi xərçənginin rastlanma faizi nisbətən aşağı olur.

- Hansı yanaşı xəstəliklər süd vəzi üçün təhlükəlidir?

- Bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər. Bunlara sinir sistemi xəstəlikləri, qalxanvarı vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar.

- Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə necə aparılır?

- Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə bir-birindən fərqlənir. İlk mərhələdə əksər bədxassəli şişlərindən cərrahi müalicə ilə tamamilə qurtulmaq mümkündür. Şüa müalicəsini əlavə etməklə cərrahi müalicənində həcmini azaldaraq, bu mərhələdə çox az hallarda süd vəzinin götürülməsi aparılır. Bəzi hallarda isə endokrin terapiyanın istifadəsi xəstələrin residivsiz sağ qalma müddətinin artmasına yardım edir.
Artıq sonrakı mərhələlərdə kimya terapiya təyin olunur. Daha gec mərhələlərdə xəstəliyin əsas müalicə üsulu olan cərrahiyyədən ilkin olaraq istifadə etməsi lazımi effekt vermir. Bu hallarda neoadyuvant kimya terapiya adlandırdığımız, yəni cərrahiyyədən öncə aparılan kimya terapiya ilə müalicəyə başlamaq məcburiyyətində qalırıq. Xəstəliyin IV mərhələsində isə nadir hallarda cərrahi üsulla müalicə aparılır. Bu mərhələdə daha çox kimyəvi terapiya, şüa müalicəsi və immunoterapiya metodları tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Səhiyyə Nazirliyi: Mövsümi qrip və digər kəskin respirator infeksiyalara yoluxma hallarında artımlar müşahidə edilir

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi” imzalayıb

XƏBƏR LENTİ
  • 10:07

    Qazaxda 18 tələbə dönərdən zəhərlənib: Araşdırma aparılır - YENİLƏNİB
  • 09:58

    Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb
  • 09:54

    Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib
  • 09:46

    Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
  • 09:34

    Ötən gün 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:34

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək
  • 09:31

    Azərbaycan nefti bahalaşıb
  • 09:25

    Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
Menyu