Menyu

Konqoda Ebola virusundan ölənlərin sayı 1405-ə çatıb

Operativ Media
Konqoda Ebola virusundan ölənlərin sayı 1405-ə çatıb
1 dəq oxu

Konqo Demokratik Respublikasında Ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 1400-ü keçib və ümumi ölüm nisbəti 43,9%-ə çatıb. 

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Nazirliyi məlumat yayıb. 

Məlumata görə, virusa yoluxma hallarının ümumi sayı təxminən 3200-dür. Son 24 saat ərzində bu rəqəm daha 125 nəfər artıb. Yoluxanlar arasında ölüm nisbəti 43,9% olaraq qiymətləndirilir.

Tibb müəssisələrində və təcrid mərkəzlərində yoluxma şübhəsi ilə 773 nəfər qalıb. Ebola virusuna yoluxmuş şəxslərin təmasda olma nisbəti 77,8%-dir.

Əlaqəli Xəbərlər