Menyu

Səudiyyə Ərəbistanının HHM qüvvələri neft obyektlərini hədəf alan dronları zərərsizləşdirib

Nicat Hüseynli
Səudiyyə Ərəbistanının HHM qüvvələri neft obyektlərini hədəf alan dronları zərərsizləşdirib
1 dəq oxu

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə (HHM) sistemləri İraq ərazisindən nəqliyyat və neft obyektlərinə doğru buraxılan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki məlumat yayıb.

Nazirlik bildirir ki, son bir neçə saat ərzində HHM qüvvələri Əş-Şərqiyyə əyalətində və Ər-Riyadda neft obyektlərinə hücum etməyə cəhd göstərən bir neçə dronu məhv edib.

Əlaqəli Xəbərlər