Zelenski Böyük Britaniyanın yeni Baş naziri ilə görüşüb - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə görüşən ilk xarici lider olub.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin dəftərxanası məlumat yayıb.
Görüş Portsmut şəhərində, "HMS Queen Elizabeth" hərbi gəmisinin göyərtəsində keçirilib.
17:12
Ukrayna Prezidenti Volodimir Zelenski yeni təyin olunmuş Böyük Britaniya Baş naziri Endi Börnhem ilə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.
Bildirilib ki, Zelenski Börnhemin vəzifəyə başlamasından bəri Britaniyaya səfər edən ilk xarici lider olub.
"Tammiqyaslı müharibə illərində biz Ukrayna ilə Birləşmiş Krallıq arasında bütün əməkdaşlıq tarixində ən güclü münasibətlər qurmuşuq. Əsas prioritetlər hava hücumundan müdafiə, dəniz təhlükəsizliyi və hər iki ölkəni gücləndirən birgə müdafiə istehsalıdır",- deyə Ukrayna lideri bildirib.