Menyu

İranda terror qruplaşmasının 4 üzvü öldürülüb

Operativ Media
İranda terror qruplaşmasının 4 üzvü öldürülüb
1 dəq oxu
İranın Kürdüstan əyalətində təhlükəsizlik qüvvələri ilə PJAK terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma baş verib.

Operativ Media xəbər verir ki, bu barədə İran polisinin sözçüsü məlumat verib.

Bildirilib ki, Bane şəhəri yaxınlığındakı sərhəd zonasında keçirilən əməliyyat zamanı sərhədçilərlə qruplaşma üzvləri arasında qarşıdurma yaşanıb.

Nəticədə PJAK-ın dörd üzvünün zərərsizləşdirildiyi açıqlanıb.

Məlumata görə, hadisə yerində və istifadə olunan avtomobildə aparılan baxış zamanı tapançalar, daraqlar, döyüş sursatı və əl qumbaraları da daxil olmaqla xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər