Menyu

Tramp: Türkiyəyə "F-35" satışına heç kim mane ola bilməz

Operativ Media
Tramp: Türkiyəyə "F-35" satışına heç kim mane ola bilməz
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Vaşinqtonun etibarlı müttəfiqi olduğunu bildirərək, bu ölkəyə silah satışına heç kimin müdaxilə edə bilməyəcəyini söyləyib.

Operativ Media xəbər verir ki, Tramp bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının mümkün tədarükünə etirazı ilə bağlı sualı cavablandırarkən səsləndirib.

ABŞ lideri Türkiyəni güclü dövlət və NATO-nun önəmli müttəfiqlərindən biri kimi dəyərləndirib.

Onun sözlərinə görə, Ankara müasir silahlı qüvvələrə malikdir və ABŞ-nin hansı ölkəyə hansı silahı satacağına dair qərarı yalnız Vaşinqton verir.

Tramp vurğulayıb ki, ABŞ-nin müdafiə sahəsindəki qərarlarına kənardan göstəriş verilməsi mümkün deyil.

Əlaqəli Xəbərlər