Menyu

Türkiyədə tanınmış şəxslərlə bağlı ekspertiza nəticələri açıqlanıb

Operativ Media
Türkiyədə tanınmış şəxslərlə bağlı ekspertiza nəticələri açıqlanıb
1 dəq oxu

Türkiyədə tanınmış şəxslərlə bağlı aparılan narkotik vasitələrin istifadəsi üzrə istintaq çərçivəsində ekspertiza nəticələri açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumata görə, müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində həbs qətimkan tədbiri seçilib.

Müğənni Sıla Gençoğlu, Aybüke Albere və digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə əsasən, İlyas Yalçıntaş da daxil olmaqla bir sıra şəxslərin analizlərində kokain, Büşra Tatarın analizində isə kodein maddəsi aşkarlanıb. Sıla Gençoğlu və Aybüke Alberenin test nəticələrinin isə mənfi olduğu bildirilib.

Əlaqəli Xəbərlər