Menyu

Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək

Operativ Media
Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa İranın nüvə və raket proqramları ilə bağlı kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə New York Post qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə əsasən, Netanyahu həmçinin Trampa Natanzdakı nüvə obyektinin yaxınlığında yerləşən Kolang Gaz La dağı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Trampın guya mövcud olan yeni nüvə obyekti ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqtonun Tehranın iddiasına əsasən nüvə fəaliyyəti aparılmayan Kolang Gaz La dağına artan diqqəti yalnız təcavüz, dağıntılar və təxribatlar üçün uydurulmuş bəhanədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər