Menyu

Zelenski Trampla görüşünün təfərrüatlarını açıqlayıb - YENİLƏNİB 2

Əsəd Abbaslı
Zelenski Trampla görüşünün təfərrüatlarını açıqlayıb - YENİLƏNİB 2
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüşü məhsuldar adlandırıb.

Operativ Media xəbər verir ki, Zelenski görüş zamanı "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyalar və müdafiə sahəsində digər təşəbbüslərin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, tərəflər diplomatik prosesin sürətləndirilməsi məsələsinə də toxunublar. Zelenski qeyd edib ki, iki ölkənin komandaları gələcək əməkdaşlığın detallarını razılaşdıracaq.

Ukrayna lideri ABŞ-yə göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkürünü ifadə edib.

18:23

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Operativ Media xəbər verir ki, görüş yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başlayıb.

Tramp və Zelenskinin Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.  

08:32

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Volodimir Zelenski ilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Amerika liderinin bazar ertəsi dərc olunmuş iş qrafikində bildirilib.  

Ağ Evin Oval kabinetində keçiriləcək görüşün jurnalistlər üçün qapalı formatda təşkil olunması planlaşdırılır.

Vaşinqton administrasiyasının nümayəndələri daha əvvəl mətbuata bildiriblər ki, Tramp və Zelenskinin Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.  

Qrafikə əsasən, saat 19:00-da Tramp Oval kabinetdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Bu görüşün də jurnalistlər üçün qapalı formatda keçirilməsi nəzərdə tutulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər