Menyu

Pentaqon ABŞ ordusunun Avropadakı yerləşdirilməsini yenidən nəzərdən keçirməyə başlayıb

Nicat Hüseynli
Pentaqon ABŞ ordusunun Avropadakı yerləşdirilməsini yenidən nəzərdən keçirməyə başlayıb
1 dəq oxu

Pentaqon Avropada ABŞ ordusunun hərbi qulluqçularının dislokasiyasına yenidən baxılmasına başlayıb. 

Operativ Media xəbər verir ki, bu barədə Pentaqonun siyasət üzrə müavini Elbric Kolbi sosial şəbəkə hesabında paylaşım edib.

"Bu addım nəticəsində NATO daha çevik, daha güclü və daha sabit alyansa çevriləcək. Bu, ABŞ Prezidenti Donald Tramp və komandasının əldə etdiyi müsbət dəyişikliklərin davamı olacaq. Həmin dəyişikliklər müttəfiqləri təşviq edərək Avropanın müdafiə sahəsində daha çox məsuliyyət və liderlik götürməsinə imkan yaradıb", — paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər