Netanyahu: Trampla indiyədək keçirdiyim ən yaxşı söhbətlərdən biri baş tutdu - YENİLƏNİB
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünün çox uğurlu keçdiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə "Instagram" sosial şəbəkəsindəki hesabında yayımladığı videomüraciətdə deyib.
Netanyahu qeyd edib ki, görüş tam tərəfdaşlıq və qarşılıqlı dəstək ruhunda keçib. Tərəflər İranın nüvə silahına malik olmamasının təmin edilməsi, eləcə də digər ortaq məqsədlərlə bağlı fikir mübadiləsi aparıblar.
"Bu, ABŞ Prezidenti, dostumuz Donald Trampla indiyədək keçirdiyim ən yaxşı söhbətlərdən biri idi. Bu görüş İsrail dövlətinin təhlükəsizliyi və gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və fəaliyyətimizin əlaqələndirilməsi üçün mühüm fürsət oldu", – deyə Netanyahu bildirib.
20:57
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş yekunlaşıb.
Operativ Media xəbər verir ki, Ağ Evin sözçüsü Kerolayn Livit görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.
20:20
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş keçirilir.
Operativ Media xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Yaxın Şərqdəki vəziyyət və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edilir ki, görüş mediaya qapalıdır.