Ərdoğan: Türkiyə İraqın müdafiə sənayesi ehtiyaclarını qarşılamağa hazırdır - YENİLƏNİB
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Baş naziri Əli əl-Zeydi ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.
Operativ Media xəbər verir ki, Ərdoğan Türkiyə-İraq əlaqələrinin enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf etdiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, İraq-Türkiyə neft kəməri ilə bağlı razılaşmanın yenilənməsi və Kərkük yatağında Türkiyə Petrolları şirkətinə tərəfdaşlıq verilməsi enerji əməkdaşlığı baxımından mühüm addımdır.
Ərdoğan bildirib ki, Türkiyə İraqın müdafiə sənayesi məhsullarına olan ehtiyaclarının qarşılanması istiqamətində dəstək verməyə hazırdır.
O, bölgədə əsas məqsədin müharibə və qarşıdurma deyil, inkişaf, rifah və sabitliyin təmin olunması olduğunu vurğulayıb.
20:58
İraqın Baş naziri Əli əl-Zeydi Türkiyədə səfərdədir.
Operativ Media xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
İkitərəfli və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdən sonra müqavilələrin imzalanması mərasimi və birgə mətbuat konfransı baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net