Menyu

Cey Kleyton ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə təsdiqlənib

Operativ Media
Cey Kleyton ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə təsdiqlənib

ABŞ Konqresinin Senatı iyulun 28-də Cey Kleytonun ölkənin Milli Kəşfiyyat direktoru vəzifəsinə təyin olunmasını təsdiqləyib.

​Operativ Media xəbər verir ki, iclasın yayımını "C-SPAN" telekanalı həyata keçirib.

​Səsvermə zamanı C.Kleytonun namizədliyini 51 qanunverici dəstəkləyib, 47 senatör isə əleyhinə səs verib. Vəzifəyə təsdiq olunmaq üçün 50-dən çox səs tələb olunurdu. Senatın Xüsusi Kəşfiyyat Komitəsi iyulun 21-də onun namizədliyini tövsiyə edib, iyulun 28-də isə prosedura uyğun olaraq yekun səsvermə keçirilib.

​Əvvəllər ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına rəhbərlik etmiş Cey Kleytonun namizədliyi iyunun 11-də Prezident Donald Tramp tərəfindən irəli sürülmüşdü. Qeyd edək ki, Milli Kəşfiyyat direktoru ABŞ-nin bütün 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirən şəxs hesab olunur.

​C.Kleyton iyulun 15-də Senatın Xüsusi Kəşfiyyat Komitəsindəki dinləmələr zamanı İran, Çin və Rusiyanı ABŞ-nin təhlükəsizliyinə əsas təhdidlər sırasında göstərib. O, həmçinin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılacağını gözləmədiyini bildirib. Bununla yanaşı, Kleyton Ukrayna münaqişəsinin həllinin Vaşinqton və Moskva arasında münasibətlərin, eləcə də ticarət-iqtisadi əlaqələrin yaxşılaşmasına gətirib çıxara biləcəyini istisna etməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər