Rumıniyanın Konstansa limanı bağlanıb
Nicat Hüseynli
1 dəq oxu
Rumıniyanın Konstansa limanı bomba təhlükəsi səbəbindən bağlanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Digi24" televiziya kanalı məlumat yayıb.
Məlumata görə limanda gəmilərin hərəkəti dayandırılıb və fövqəladə vəziyyət elan edilib.
Kanalın məlumatına görə, Konstansa limanında şübhəli çanta aşkar edilib və ehtiyat tədbiri olaraq gəmilərin giriş-çıxışı dayandırılıb, işçilər növbəti xəbərdarlığa qədər binaları tərk etməyə məcbur ediliblər.
Bundan başqa Rumıniya Müdafiə Nazirliyi bir neçə saat əvvəl Rumıniya xaricində yerləşən iki telefon nömrəsindən bomba təhdidlərinin alındığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış aparır. Hadisə baş verən ərazidəki insanlar da təxliyə edilib.
Sorğu