Menyu

Fransada meşə yanğınları zamanı 126 yanğınsöndürən xəsarət alıb

Nicat Hüseynli
Fransada meşə yanğınları zamanı 126 yanğınsöndürən xəsarət alıb
1 dəq oxu

Fransanın cənub-qərbində yerləşən Jironda departamentində meşə yanğınları ilə mübarizə zamanı son günlərdə azı 126 yanğınsöndürən xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Yanğının bir həftə əvvəl başlamasından bəri yüzlərlə yanğınsöndürən alovla mübarizə aparır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir neçə yeni yanğın ocağı qeydə alınsa da, vəziyyət nəzarət altındadır.

Əlaqəli Xəbərlər