İraqa endirilən zərbələrdə ölən iranlı hərbçilərin sayı artıb - YENİLƏNİB
ABŞ və Səudiyyə Ərəbistanının İraqda "Xalq Səfərbərlik Qüvvələri"nin obyektlərinə endirdiyi zərbələr nəticəsində azı beş iranlı hərbi müşavir ölüb.
Operativ Media xəbər verir ki, bu barədə "The National" məlumat yayıb.
Bildirilib ki, ölən iranlı hərbçilər "Xalq Səfərbərlik Qüvvələri" ilə birlikdə xidmət ediblər.
18:49
ABŞ və Səudiyyə Ərəbistanının İraqda həyata keçirdiyi birgə hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd hərbçisi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, zərbələr İranın dəstəklədiyi Xalq Səfərbərlik Qüvvələrinin (Həşd əş-Şəabi) obyektlərinə endirilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı hücumlara cavab olaraq həyata keçirildiyini açıqlayıb.
dəqiqələr içində saytın olsun.