Yaponiyada zəlzələdə ölənlərin sayı 28-ə yüksəlib
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib.
"Bu rəqəmə ölümünün zəlzələnin fəsadları ilə əlaqədar ola biləcəyi ehtimal edilən şəxslər də daxildir", - o bildirib.
Təbii fəlakət nəticəsində bir çox evlər elektrik enerjisi, su və qazsız qalıb. Bir sıra rayonlarda yaşayış evləri dağılıb, yollar və körpülər zədələnib.
Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbi qulluqçusu cəlb edilib.
7,1 maqnitudalı zəlzələ son illər ərzində ölkədə baş verən ən güclü yeraltı təkanlardan biri olub.