Menyu

Özbəkistan prezidenti Qırğızıstana səfərə yola düşüb

Şəfa Hüseynli
Özbəkistan prezidenti Qırğızıstana səfərə yola düşüb
1 dəq oxu

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə iyulun 30-da bu ölkəyə dövlət səfərinə yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Çolpon-Ata şəhərində yüksək səviyyəli ikitərəfli danışıqlar keçiriləcək.

Həmçinin Şavkat Mirziyoyev Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edəcək.

Əlaqəli Xəbərlər