Menyu

Sadır Japarov Qırğızıstana dövlət səfərinə gələn Şavkat Mirziyoyev ilə görüşüb

Şəfa Hüseynli
Sadır Japarov Qırğızıstana dövlət səfərinə gələn Şavkat Mirziyoyev ilə görüşüb
1 dəq oxu

İyulun 30-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana dövlət səfərinə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident Sadır Japarov qonağı İssık-Kul Beynəlxalq Aeroportunda qarşılayıb.

Dövlət səfəri zamanı Şavkat Mirziyoyev Sadır Japarovla təkbətək və geniş tərkibdə danışıqlar aparacaq.

Özbəkistan Prezidenti həmçinin İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək Orta Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirak edəcək.

Əlaqəli Xəbərlər