Menyu

Azərbaycan vətəndaşları da daxil olmaqla 96 nəfər Gürcüstandan deportasiya edilib

Operativ Media
Azərbaycan vətəndaşları da daxil olmaqla 96 nəfər Gürcüstandan deportasiya edilib

​Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə ölkədə qanunsuz məskunlaşan 96 xarici ölkə vətəndaşını ölkədən çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, deportasiya olunanlar arasında Azərbaycan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Belarus, Albaniya, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Küveyt, Kot-d’İvuar, Livan, Madaqaskar, Mərakeş, Nigeriya, Səudiyyə Ərəbistanı, Sudan və Tailand vətəndaşları yer alır.

​Məcburi şəkildə ölkədən çıxarılan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

​Bildirilib ki, son dövrlərdə Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri intensivləşdirilib. Parlament tərəfindən miqrasiya qanunvericiliyi sərtləşdirilərək deportasiya və axtarış prosedurları sadələşdirilib. Daxili İşlər Nazirliyi hər ay onlarca miqrantın ölkədən kənarlaşdırılması barədə hesabat təqdim edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər