Menyu

İran ABŞ-nin hərbi obyektlərinə zərbələr endirib

Operativ Media
İran ABŞ-nin hərbi obyektlərinə zərbələr endirib
1 dəq oxu

İran ordusu ABŞ-yə məxsus Bəhreyndəki Şeyx İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatın 26-cı mərhələsi çərçivəsində İran ordusuna məxsus zərbə PUA-ları ABŞ ordusunun Bəhreyndə yerləşən Şeyx İsa hərbi bazasındakı elektrik generatorlarını, naviqasiya sistemini, eləcə də inzibati və arxa cəbhə binalarını hədəfə alıb.

Məlumatda qeyd olunub ki, hücum nəticəsində bazanın kritik infrastruktur obyektlərinə zərbələr endirilib.

Əlaqəli Xəbərlər