Menyu

Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb

Şəfa Hüseynli
Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb
1 dəq oxu

Pakistanın "Broad Peak" zirvəsində baş verən qar uçqunu nəticəsində nepallı alpinist Nirmal Purjanın rəhbərlik etdiyi on alpinist itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan "Alpine Club" məlumat yayıb.

Bildirilib ki, komandanın tərkibinə mükafat qazanan Nepal alpinisti Nirmal Purjanın rəhbərlik etdiyi amerikalı, çinli, omanlı və nepallı alpinistlər daxildir.

Qeyd edilib ki, alpinistləri tapmaq üçün Pakistan hökuməti ilə əməkdaşlıq çərçivəsində bütün mövcud resurslar səfərbər olunub.

Əlaqəli Xəbərlər