Menyu

ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoyub

Operativ Media
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoyub
1 dəq oxu
ABŞ hökuməti Sincan Uyğur Muxtar Rayonunda insan hüquqlarının pozulması ilə bağlı iddialar səbəbindən daha 43 Çin şirkətini idxal qadağası tətbiq edilən müəssisələrin siyahısına əlavə edib.

Operativ Media xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin yaydığı məlumata görə, siyahıya mədənçilik, kənd təsərrüfatı, nəqliyyat, metallurgiya və dəniz məhsullarının emalı kimi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir.

Bildirilir ki, bu müəssisələrin məhsullarının 31 iyul 2026-cı il tarixindən etibarən ABŞ bazarına idxalına icazə verilməyəcək.

Bununla da ABŞ-nin idxal məhdudiyyəti tətbiq etdiyi Çin şirkətlərinin ümumi sayı 187-yə çatıb.

Qeyd edək ki, Vaşinqton Çin hökumətini Sincan Uyğur Muxtar Rayonunda insan hüquqlarını kobud şəkildə pozmaqda və uyğurlara qarşı soyqırımı həyata keçirməkdə ittiham edir.

Pekin isə bu iddiaları əsassız adlandıraraq qətiyyətlə rədd edir.

Əlaqəli Xəbərlər