Menyu

ABŞ-də hərbi bazada F-35 qırıcı təyyarəsi yanıb

Operativ Media
ABŞ-də hərbi bazada F-35 qırıcı təyyarəsi yanıb
1 dəq oxu

ABŞ-nin Kaliforniya ştatındakı Miramar hərbi hava bazasında beşinci nəsil F-35 qırıcı təyyarəsi yanaraq sıradan çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ Dəniz Piyadaları Korpusu hadisəni uçuş-enmə zolağında baş vermiş "təyyarə qəzası" kimi qiymətləndirib. Hadisənin səbəbi hələ açıqlanmayıb.

Məlumata görə, F-35 qırıcı təyyarəsinin dəyəri 80 milyon ABŞ dollarından çoxdur.

Əlaqəli Xəbərlər