Menyu

Yunanıstanda meşə yanğını nəticəsində 100-ə yaxın ev yanıb

Operativ Media
Yunanıstanda meşə yanğını nəticəsində 100-ə yaxın ev yanıb
1 dəq oxu

Afina yaxınlığındakı Porto Germeno sahil şəhərində davam edən meşə yanğını səbəbindən təxminən 100 ev yanıb.

Operativ Media xəbər verir ki, bu barədə Mandra bələdiyyəsinin Mülki Müdafiə üzrə mer müavini Dimitris Pagonis ERT-news televiziya kanalında məlumat verib.

Bildirilib ki, sakinlər dəniz yolu ilə təxliyə ediliblər. 

Yanğınsöndürmə xidmətinin məlumatına görə, son 24 saat ərzində Yunanıstanda bir neçə onlarla yanğın baş verib və onların bir çoxu artıq lokallaşdırılıb. 

Əlaqəli Xəbərlər