Menyu

"Arsenal" braziliyalı yarımmüdafiəçisini 90 milyon avroya transfer edəcək

Operativ Media
"Arsenal" braziliyalı yarımmüdafiəçisini 90 milyon avroya transfer edəcək
1 dəq oxu

Nyukasl Yunayted "Arsenal"ın braziliyalı yarımmüdafiəçisi Bruno Gimaraeş üçün 90 milyon avroluq təklifini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Nyukasl əvvəlcə "topçular"ın bir neçə təklifini rədd edib.

Lakin londonlular transfer haqqını 90 milyon avroya qaldırdıqdan sonra komanda müqaviləni təsdiqləyib. Daha əvvəl 28 yaşlı yarımmüdafiəçinin "Arsenal"la 2031-ci ilə qədər şəxsi müqavilə imzaladığı bildirilirdi.

Əlaqəli Xəbərlər