Menyu

Kolumbiyada yük maşınının partlaması nəticəsində 10 nəfər yaralanıb

Şəfa Hüseynli
Kolumbiyada yük maşınının partlaması nəticəsində 10 nəfər yaralanıb
1 dəq oxu

Kolumbiyanın şimal-şərqindəki Kukuta şəhərində yük maşınına qoyulmuş bombanın partlaması nəticəsində ən azı 10 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Blu" Radio məlumat yayıb.

Partlayış Norte de Santander departamentindəki polis bölməsinin yaxınlığında baş verib. Şəhər hakimiyyəti təhlükəsizlik səbəbi ilə əraziyə giriş yollarını bağlayıb.

Qeyd olunur ki, qurbanlardan yeddisi Kolumbiya Milli Polisinin əməkdaşlarıdır.

Polis və təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırma başladıb.

Əlaqəli Xəbərlər