Menyu

Nigeriyada silahlılar 14 əsgəri öldürüblər

Operativ Media
Nigeriyada silahlılar 14 əsgəri öldürüblər
1 dəq oxu

Çad gölünün cənub-şərq bölgəsində yaraqlılar tərəfindən ən azı 14 Nigeriya hərbçisi öldürülüb.

Operativ Media xəbər verir ki, bu barədə "Actu Niger" xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, bir qrup yaraqlı Diffa bölgəsində ordu mövqelərinə hücum edib. Geri çəkilən yaraqlıları təqib edərkən hökumət bölməsi pusquya salınıb. Döyüş zamanı bir neçə yaraqlı öldürülüb.

Portalın məlumatına görə, hücum Çad gölü bölgəsində fəaliyyət göstərən radikal Boko Haram qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib.

Əlaqəli Xəbərlər