Menyu

BMT İsrailin Cənubi Livandakı dağıntı işlərindən narahatlığını ifadə edib

Nicat Hüseynli
BMT İsrailin Cənubi Livandakı dağıntı işlərindən narahatlığını ifadə edib
1 dəq oxu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan üzrə Xüsusi Əlaqələndiricisinin Ofisi (UNSCOL) İsrailin Cənubi Livanda davam etdirdiyi dağıntı işlərinin ciddi narahatlıq doğurduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə UNSCOL "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, dağıntı işləri mülki infrastruktura, mədəni irsə və yerli icmaların kollektiv yaddaşına dağıdıcı təsir göstərir.

"Açıq qalan məsələlərin həlli üçün diplomatik kanallar hələ də mövcuddur və bu səbəbdən dağıntıların miqyasının genişlənməsinə son qoyulmalıdır", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər