Menyu

İran ABŞ ilə qarşıdurmada yeni mərhələyə keçib

Nicat Hüseynli
İran ABŞ ilə qarşıdurmada yeni mərhələyə keçib
1 dəq oxu

Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Abbas Aslani İranın ABŞ və İsraillə qarşıdurma çərçivəsində fəaliyyət xəttini dəyişmədiyini bildirib.

Operativ Media xəbər verir ki, Aslani bu barədə "Al Jazeera" telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın son addımları ABŞ və İsraillə davam edən 40 günlük kampaniyanın daha məhdud və nəzarətli formada davamı hesab edilə bilər.

"İran münaqişəni yeni mərhələyə keçirmək və gərginliyi artırmaq məqsədilə addımlarını mərhələli şəkildə genişləndirib", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər