Ermənistan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu açıqlayıb
Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Türkiyə ilə sərhədi açmağa hazır olduğunu və Ankara tərəfindən müvafiq razılaşmanın icrasını gözlədiyini bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə 9-cu çağırış Milli Məclisin ilk iclasında parlamentin sədrliyinə namizəd Ruben Rubinyan bildirib. "Ermənistan" fraksiyasının deputatı Aqnesa Xamoyanın son beş ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin nəticələrinə dair sualını cavablandıran Rubinyan vurğulayıb ki, tərəflər arasında əldə olunmuş bir sıra şərtlər artıq həyata keçirilib.
Bununla yanaşı, o, bəzi razılaşmaların icrasının hələ də gözlənildiyini diqqətə çatdırıb.
Türkiyə ilə həyata keçirilən razılaşmalara aşağıdakılar daxildir:
İrəvan–İstanbul aviareyslərinin bərpası;
İki ölkə arasında birbaşa yük hava daşımalarının təmin edilməsi;
Birbaşa ticarət imkanının yaradılması;
Ani körpüsünün birgə bərpasına dair razılaşma.