Menyu

Türkiyədə meşə yanğınları ilə bağlı 29 şübhəli müəyyən olunub

Operativ Media
Türkiyədə meşə yanğınları ilə bağlı 29 şübhəli müəyyən olunub
1 dəq oxu

İyunun 1-dən etibarən Türkiyənin 16 vilayətində baş vermiş 44 meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəli müəyyən olunub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Gürlek bildirib.

Nazirin sözlərinə görə, aparılan məhkəmə araşdırmaları nəticəsində həmin şəxslərdən 6-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada qeyd olunub ki, meşə yanğınlarının səbəblərinin tam müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər