Menyu

İndoneziyada sərnişin bərəsində yanğın olub

Operativ Media
İndoneziyada sərnişin bərəsində yanğın olub
1 dəq oxu

İndoneziyanın Yava adası sahillərində 271 nəfərin olduğu sərnişin bərəsində yanğın baş verib.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub, ən azı 41 nəfər isə itkin düşmüş hesab edilir.

Məlumata əsasən, "Mutiara Sentosa 2" bərəsi Yava adasının Surabaya şəhərindən Sulavesi adasındakı Makassar şəhərinə hərəkət edirdi.

Hadisə yerinə yaxın ərazidə olan gəmilər yanan bərədən yüzlərlə insanın təxliyəsinə kömək ediblər.

Yaxınlıqdakı "Meratus Project 3" yük gəmisi alışan yük daşıdığı üçün bərəyə yaxınlaşa bilməyib.

Daha sonra bir yedək gəmisi və digər gəmi hadisə yerinə çataraq təxliyə əməliyyatına başlayıb.

Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib.

Əlaqəli Xəbərlər