Menyu

Əraqçi: Omanla danışıqlar yekunlaşmaq üzərədir

Operativ Media
Əraqçi: Omanla danışıqlar yekunlaşmaq üzərədir
1 dəq oxu

İranın xarici işlər naziri Abbas Əraqçi Omanla Hörmüz boğazında gəmiçilik məsələlərinə dair danışıqlar prosesinin yekun mərhələyə yaxın olduğunu bildirib.

Operativ Media bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Əraqçi bu gün keçirilən hökumət iclasında İran və Oman arasında danışıqların hazırkı vəziyyəti barədə hesabat təqdim edib. 

O, danışıqların gedişatında irəliləyişin olduğunu qeyd edib və bildirib ki, müzakirələr yekun mərhələdədir.

Əlaqəli Xəbərlər