Belarus Ukrayna ilə sərhəddə desant briqadası yaradır
Operativ Media
Belarus Ukrayna sərhədindən təxminən 40 kilometr məsafədə yerləşəcək yeni desant-hücum briqadasının yaradılmasına başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin komandanı Aleksandr İlyukeviç Belarus Müdafiə Nazirliyinin "VoenTV" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, yeni birləşmənin formalaşdırılması artıq başlayıb.
Hazırda bir batalyon yaradılıb, ilin sonunadək daha bir batalyonun formalaşdırılması planlaşdırılır.
Eyni zamanda döyüş təminatı, artilleriya, hava hücumundan müdafiə və kəşfiyyat bölmələrinin komplektləşdirilməsi davam edir.
Qeyd olunur ki, bölmə Belarusun Qomel şəhəri yaxınlığında yerləşdiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net