Menyu

Bulud yaddaşında məlumat saxlayarkən nələrə diqqət edilməlidir?

Ayşən Sadıxzadə
Bulud yaddaşında məlumat saxlayarkən nələrə diqqət edilməlidir?

Rəqəmsallaşmanın sürətlənməsi ilə bulud yaddaşı xidmətləri həm fərdi istifadəçilərin, həm də şirkətlərin gündəlik işinin ayrılmaz hissəsinə çevrilib. Məlumatların istənilən vaxt və istənilən cihazdan əlçatan olması böyük rahatlıq yaratsa da, bu rahatlıq təhlükəsizlik risklərini də gündəmə gətirir.

Bəs bulud yaddaşına yüklənən fayllar həqiqətən tam təhlükəsizdirmi? İstifadəçilər məlumatlarını qorumaq üçün hansı tədbirləri görməlidirlər? 

Mövzu ilə bağlı Operativ Media-ya texnoloq Elvin Həsənov danışıb.

O bildirib ki, bulud xidməti fayllara istənilən yerdən çıxış imkanı verir, cihaz sıradan çıxdıqda məlumatın itirilməsinin qarşısını alır, lakin burda təhlükəsizlik həm xidmət təminatçısından, həm də istifadəçinin davranışından asılıdır:

"İlk növbədə bulud hesabının parolu digər platformalarda istifadə olunan paroldan fərqli olmalıdır. 

Eyni parol bir neçə yerdə istifadə edilirsə, həmin platformalardan birində məlumat sızması baş verdikdə bulud hesabı da riskə düşür. İki mərhələli doğrulamanın aktivləşdirilməsi isə mən deyərdim ki, əlavə seçim yox zəruri təhlükəsizlik tədbiridir. Mümkün olduqda təsdiq kodunun sms-lə deyil, autentifikasiya tətbiqi vasitəsilə alınması daha məqsədəuyğundur. İstifadəçilərin ən çox diqqətdən qaçırdığı məsələ isə paylaşım icazələridir. Bəzən sənəd bir nəfərə göndərilməli olduğu halda keçid linkinə hər kəs baxa bilər rejimində paylaşılır. Bu keçid səhvən başqa şəxsə ötürüldükdə fayl üzərində nəzarət faktiki olaraq itir. Ona görə də giriş icazəsi yalnız konkret şəxslərə verilməli, redaktə icazəsi lazım deyilsə, sənəd yalnız baxış rejimində paylaşılmalıdır. 

Həmçinin kritik məlumat dediyimizhansı ki, şəxsiyyət vəsiqəsinin surəti, bank məlumatları, əmək müqavilələri, kommersiya sirri və digər həssas sənədlər buluda yüklənərkən daha ehtiyatlı davranmaq lazımdır. Belə faylları əvvəlcədən şifrələmək və ayrıca parolla qorumaq əlavə təhlükəsizlik yaradır. Ümumilikdə isə bulud xidmətinin özünün də etibarlılığına baxmaq lazımdır. Təkcə pulsuz yaddaş həcminə baxmaq kifayət deyil. Platformanın məlumatları necə şifrələdiyi, hesab fəaliyyətini göstərib-göstərmədiyi, silinmiş faylları bərpa etmək imkanının olub-olmaması və təhlükəsizlik hadisələri barədə istifadəçini necə məlumatlandırdığı vacibdir. Tanınmayan və mənşəyi bəlli olmayan xidmətlərə şəxsi və iş məlumatlarını etibar etmək düzgün olmaz”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər