Menyu

İran Hörmüz boğazı üzərində MQ-9 pilotsuz təyyarəsini vurub

Operativ Media
İran Hörmüz boğazı üzərində MQ-9 pilotsuz təyyarəsini vurub
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ ilə artan hərbi gərginlik fonunda Hörmüz boğazı üzərində MQ-9 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

İİKK-nın ABŞ istehsalı olan MQ-9 pilotsuz təyyarəsinin strateji su yolu üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq vurulduğu bildirilib.

ABŞ-dən iddia ilə bağlı şərh verilməyib.

Əlaqəli Xəbərlər