Menyu

Latviyada NATO və tərəfdaşları ilə hərbi təlimlər başlayıb

Şəfa Hüseynli
Latviyada NATO və tərəfdaşları ilə hərbi təlimlər başlayıb
1 dəq oxu

Latviyanın Seliya poliqonunda NATO ölkələri və tərəfdaşlarının iştirakı ilə «Baltik Trest» hərbi təlimləri başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Baltnews" məlumat yayıb.

Məlumata görə, təlimlər avqustun 14-dək davam edəcək. 

Təlimlərdə Latviya, NATO ölkələrindən, eləcə də Ukrayna, Avstraliya və Yaponiyadan təxminən 650 hərbçi iştirak edir.

Təlimin əsas məqsədi döyüş əməliyyatlarında pilotsuz və əks-dron sistemlərinin istifadəsini artırmaqdır.

Həmçinin, NATO Transformasiya Komandanlığı yeni müdafiə texnologiyalarının tədqiqatını və sınaqlarını aparacaq.

Əlaqəli Xəbərlər