Menyu

Hakan Fidan britaniyalı həmkarı ilə müzakirələr aparıb

Operativ Media
Hakan Fidan britaniyalı həmkarı ilə müzakirələr aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, H. Fidan telefon danışığı zamanı britaniyalı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər görüşdə Qəzza zolağı başda olmaqla Yaxın Şərqdəki vəziyyəti, həmçinin Rusiya-Ukrayna müharibəsindəki son inkişafları müzakirə ediblər.

Telefon danışığı zamanı regionda davam edən münaqişələrin dayandırılması istiqamətində görülən səylər də nəzərdən keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər