Menyu

Zelenski ABŞ-dəki səfiri vəzifədən azad edib

Əsəd Abbaslı
Zelenski ABŞ-dəki səfiri vəzifədən azad edib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki səfiri Olqa Stefanişinanı vəzifəsindən azad edib.

Operativ Media xəbər verir ki, bununla bağlı müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Olqa Stefanişina 2025-ci ilin avqustundan bu vəzifəni icra edirdi.

İyul ayında onun şəxsi istəyi ilə diplomatik xidmətdən ayrılmaq qərarı verdiyi barədə məlumat yayılmışdı.

“Politico” nəşrinin məlumatına görə, Stefanişinanın adı Ukrayna Ədliyyə Nazirliyində 2,5 milyon qrivnanın mənimsənilməsi və dövlət əmlakının qanunsuz əldə olunması ilə bağlı araşdırmada hallanır.

Əlaqəli Xəbərlər