Menyu

Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - YENİLƏNİB

Operativ Media
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - YENİLƏNİB
1 dəq oxu

Novorossiysk yaxınlığında hücuma məruz qalan "Nadejda" gəmisində olan 23 dənizçi Rusiya limanına təxliyə edilib.

Operativ Media xəbər verir ki, bu barədə ​Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.

22:18

Türkiyədən Rusiyaya meyvə və tərəvəz daşıyan "NADHEZNA" adlı Ro-Ro tipli yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

Operativ Media xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib, ekipajın dörd üzvü yaralanıb.

Yaralananlardan üçünün Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, gəmi Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə hərəkət edirdi. Hücum  Novorossiyskdən 30 dəniz mili məsafədə baş verib.

Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.

Əlaqəli Xəbərlər